среда, 27 февраля 2013 г.

Dırnaq problemi




    Dırnaq batması ayaq barmaqlarında dırnağın ətə batması deməkdir. Bu vəziyyət əsasən ayaq baş barmaqlarında olur.
   Dırnaq batıqları olduqca ağrılıdır. Pasiyentin gündəlik həyatına, hətta iş həyatına da təsir edir. İnkişaf edən bu ağrının yanındakı batıq dırnaqlarda asanca infeksiya inkişaf edib daha ciddi problemlərə də yol aça bilər. Dırnağın ətə girməsi müalicə olunmazsa getdikcə çox ciddi problemlər yaradır – insanın gəzə bilməsində, hətta gündəlik həyatında çətinliklər yaradır.
    Dırnaq batmasının səbəbləri:
* Səhvən dərindən kəsilən ayaq dırnaqları – Bir çox insanlar ayaq dırnaglarını kəsərkən dırnaqları dibdən və oval şəkildə kəsirlər, bundan sonra da dırnaqların ön kənarları dəri altına doğru böyüyərək ətə batmasına səbəb olur.
* Sivri burunlu və dar ayaqqabılar dırnaq barmaqlarının ən böyük səbəblərindən biridir.Əsasən də ayaq pəncəsi geniş insanların belə ayaqqabılar geyməsi dırnaq batmasına şərait yaradır.
* Ayaqlar çox tərləyən insanlarda da dırnaq batması riski çoxdur. Çünki dırnaq kenarındakı dəri daha yumşaqdır və bu dırnağın dərinin altına daha asan girməsinə səbəb olur.
* Tez-tez zərbələrə məruz qalan dırnaqlar - Ayaq barmaqlarında zərbə alınması da dırnaq batmasına  səbəb ola bilər. Bu əsasən futbolçulardan, karateçilərdə və marafon qaçışı ilə məşğul olan idmançılarda, bütün günü ayaqüstə işləyənlər rast gəlinə bilər.
      Dırnaq batmasının əlamətləri:
Dırnaq batması birdən-birə özünü biruzə vermir. Bu əlamətlər dırnaq kənarında qızartı, həssaslıq, şişkinlik, gəzərkən çətinlik çəkmə, dırnaq kənarında iltihablaşma, qanama və şiddətli ağrı şəklində özünü göstərir. Dırnaq batması zamanı yaranan şiddətli ağrılar hətta gündəlik həyatınıza da təsir edir.Əsasən də qadınlarda ayağın estetik görnüşünü pozur, istədikləri ayaqqabıları geyinmələrində, uzunmüddətli gəzintidə olmalarına problem yaradır.
Pasiyentlər bu problemi çox ciddiyə almamaqla özləri müalicə etməyə, yaxud da pedikürə müraciət edirlər. Bəzən də pasiyentlər cərraha müraciət edirlər. Lakin cərrahiyyədə tətbiq olunan üsullar (dırnağın cərrahi yolla çıxarılması ) bu problemi tam aradan qaldırmır. Belə ki, cərrahi yolla çıxarılan dırnaq bir müddət sonra yenidən çıxdığında pasiyentlər dəfələrlə cərraha müraciət etməli olurlar. Nəticədə isə problem yenidən yaranır, pasiyentə qalan isə şiddətli ağrılar, ayağı yerə sıxa bilməmək, yeriyə bilməmək olur. Çünki problemin əsas səbəbi aradan qaldırılmayıb.

    Implant Estetik Tibb Merkezi OLARAQ SIZE DIRNAGIN ETE BATMASI PROBLEMININ CERRAHIYYESIZ, AGRISIZ, 100% ZEMANETLE MUALICESINI TEKLIF EDIRIK. MUALICE PROSESI DIRNAGIN VEZIYYETINDEN ASILI OLARAQ 3-7 DEFEYE APARILIR.

    Dırnaq batması təkrarlana bilərmi? Bu problemin təkrar olub-olmaması pasiyentə bağlıdır. Müalicədən sonra:
1. Dırnaq düz kəsilməlidir.
2. Rahat ayaqqabılar geyinməli . Ucu sivri iti ayaqqabılardan uzaq durulmalıdır.
3. Ayaq uzun müddətli travmalar və zərbələrdən qorunmalıdır.

Əks halda dırnaq batması təkrarlana bilər.

понедельник, 14 января 2013 г.

Adenoidlər haqqında





Adenoidlər – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir. Onlar boğazın arxa divarında, təxminən dilçəkdən (ağız boşluğunun ortasından sallanan damcı şəkilli ət parçasıdır ) yuxarıda yerləşir. 

Adenoidlərin inkişafı.
Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir. İlkin mərhələdə uşaq yatarkən çətin nəfəs alır, bu vaxt badamcıqlara qan axını gücləndiyindən onlar böyüyür və havanın burun boşluğundan keçməsinə mane olur. Beləliklə, uşaq xoruldayır, yatan zaman nəfəs almasında çətinlik yaranır, yuxusu pozulur. Adenoidlər böyüdükcə burunla sərbəst nəfəs almaq mümkün olmur, ona görə uşaq ağızla nəfəs alır və gündüzlər fısıldayır. 
Fəsadları:
Əgər adenoidlər vaxtında müalicə olunmasa, qriplə yanaşı, bir çox fəsadlar baş verə bilər:
- Haymorit, eşitmə boruları dəliklərinin adenoidlərlə tutulmasından otitlər yarana və eşitmə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşə bilər.
- Uşaq ağızla nəfəs aldığından orqanizmə nisbətən az oksigen daxil olur. Nəticədə psixi inkişafda ləngimələr baş verir, onlar diqqətsiz olur, tez yorulurlar.
- Düzgün nəfəs alınmadığından, üzün formasında dəyişiklik yaranır, dişlər yerinə düzgün oturmur. Valideynlər diş əyrilikləri üçün Ortodontlara müraciət edirlər. Ama bu problemin ilkin səbəbi məhz nəfəsalmada olan problemdir.
Bu fəsadlardan qorunmaq üçün vaxtında müalicə lazımdır.
Adenoidlərlə mübarizədə cərrahi müdaxilə daha effektli hesab olunur. Lakin bundan sonra da adenoidin yenidən əmələ gəlməsi ehtimalı var. Çünki adenoidlərin intensiv böyüməsi məhz 5-6 yaşlarda baş verir. Ona görə də uşaqların çox erkən yaşlarında əməliyyat olunması məsləhət görülmür.
Adenoidlər normal halda 5 yaşdan sonra öz qoruyucu funksiyasını itirir və sonrakı yaş dövrlərində onların kiçilməsi baş verir. Böyük adenomalar isə xroniki problemlər yaradır və qulaq iltihabına səbəb olur.
Adenoidlərə nə üçün müdaxilə edilir?
Bunun bir çox səbəbləri var və əsasları aşağıdakılardır:
1. Adenoidlər çox böyük olduğundan burunun arxa divarını bağlayır və nəfəs almanı çətinləşdirir. Bu isə əməliyyat zərurəti yaradır. Uşaq ağızla nəfəs alır, xoruldayır, narahat yatır. Adenoidlər böyüdükdə qulaq iltihabına səbəb olur və buna adətən, məktəbəqədər yaşlı uşaqlarda rast gəlinir. 
2. Adenoidlərin böyüklüyü burun seliyinin daim axmasına və ya qulaq iltihabı olan uşaqlara adenomaların əməliyyatı məsləhət görülür. 
3. Orta qulaq iltihabı kimi, böyümüş adenomalar sinus iltihablarına səbəb ola bilər. Bir çox cərrahlar kəskin sinus problemləri olan uşaqların cərrahi müdaxiləsini məsləhət görürlər.
Əməliyyatın fəsadları olurmu?
Fəsadlar çox nadir hallarda baş verir. Məsələn anesteziya riski mümkündür ki, bu da xəstənin sağlamlığı ilə bağlıdır. Lakin əməliyyatdan öncə xəstə bir neçə analiz və müayinələrdən (qanın ümumi analizi, EKQ və s) keçir və bu zaman hər hansı bir riskin olub-olmayacağı barədə həkimlər qərar verirlər. Qanaxma da nadir hallarda baş verir. 
Uşaq bu problemdən ötüşə bilərmi?
Adenoidlərin, adətən ikinci on illik yaş dövründə reqressiyası, yəni kiçilmə prosesi başlayır. Lakin ağızla nəfəs alma, yuxuda xoruldama kimi problemlər varsa, ikinci onilliyi gözləmək lazım deyil. 
Öz- özünə müalicə mümkündürmü?
Böyük adenomaların özbaşına müalicəsi effektli deyil. Kəskin adenoması olan uşaqları təkrar boğaz ağrılarından, soyuqdan qorumaq üçün onların tez-tez əl yumamasına, pis havalandırılan otaqlarda və adam çox olan yerlərdə olmamasına çalışmaq lazımdır
Müəllif: Həkim-otorinolorinqoloq E. Bayramov
Yazı: Elnarə



Rinoplastika əməliyyatından əvvəl və sonra