вторник, 2 октября 2012 г.

Stomatologiyada "VEKTOR"


    “VEKTOR” aparatı, işləmə mexanizmi əsasən ultrasəsdən ibarət olan müasir və unikal aparatdır. Bu aparatın köməyilə parodontit xəstəliyinin müxtəlif formalarını, həmçinin ilkin karies xəstəlikləri, diş daşlarının təmizlənməsi müalicələrini diş əti toxumasını zədələmədən aparmaq mümkündür.

    Aparat vasitəsilə müalicə olunan xəstəliklərdən çox rast gəlinəni parodontit xəstəliyidir. Parodontit (diş əti xəstəliyi) ölkə əhalisinin yaşlı qrupunun 80%-in əziyyət çəkdiyi xəstəlikdir. Ağız boşluğuna düzgün qulluq edilməməsi, immunitet zəifliyi, qida rasionunda pozğunluq (ağartı məhsullarının, vitaminlərin çatışmazlığı), düzgün protezlərin tərtib olunmaması və s. Səbəblər bu xəstəliyin yaranmasına şərait yaradır. Bundan başqa, qidani bir tərəfdə çeynəmək kimi vərdiş də parodont xəstəliyinin inkişafina şərait yaradır.
 
  Xəstəliyin əlamətləri:

·     Dişlərdə laxlama
·     Damaqların qanaması
·     Ağız boşluğunda pis qoxu
·     Diş daşlarının əmələ gəlməsi
·     Dişlərdən irin gəlməsi  və s.

   Parodont xəstəliyi dərəcəsindən asılı olaraq müxtəlif formalarda özünü biruzə verə bilər. Adətən, diş əti şişkinliyi, damaqların qanaması ilə özünü göstərən parodontoz həkimə müraciət etmədikdə zaman keçdikcə dişlərin boşalması-laxlaması, irinləmənin daha da sürətlənməsinə səbəb ola bilər.

  Müalicə üsulları:

   Xəstəliyin müalicə üsulları əsasən  damaqların müalicəsi, diş daşlarının təmizlənməsi, küretaj, keyfiyyətini itirmiş protez və ya plombun yenilənməsi, antibiotiklərlə kurs müalicədən ibarət olur. Lakin son zamanlar, parodont xəstəliyinin müalicəsində müasir aparat olan “Vektor” aparatından  daha çox istifadə olunur. Aparatın özəlliyi ultrasəs vıbrasiya diş ətindəki bakteriyalar üçün öldürücü zona yaratması və təmizləyici tozla (Vector Fluid polish) diş kökünün yuxarı hissəsini təmizləməsindədir. Yaradılmış hidrodinamik effect  diş daşlarını və toksinləri təmizləməyə komək edir.

      “Vektor” aparatı ilə müalicənin digər ənənəvi üsullarla müalicədən fərqi:  

·     Ənənəvi üsullar (küretaj və s) zamanı diş daşları və mikroblar Vektor aparatının təmizlədiyi kimi effektiv təmizləmir
·     Ənənəvi üsullar zamanı pasiyent ağrılar hiss edir
·     Ənənəvi üsulla müalicə prosesi Vektor aparatı ilə  müalicədən 2-3 dəfə çox prosedura başa gəlir.

İmplant Estetik Tibb Mərkəzi

Ünvan: 6-cı mkr. C.Məmmədquluzadə küç AZ5000. Sumqayıt, Azərbaycan. 

Tel: (+99418) 642-18-96; (+99412) 408-21-96 
       (+99450) 744-18-96; (99470) 202-18-96 

www.implant.az 
info@implant.az