İmplant Estetik Tibb Mərkəzi-Implant Esthetic Medical Center
суббота, 9 марта 2013 г.
пятница, 1 марта 2013 г.
среда, 27 февраля 2013 г.
Dırnaq problemi
Dırnaq batması ayaq barmaqlarında dırnağın ətə
batması deməkdir. Bu vəziyyət əsasən ayaq baş barmaqlarında olur.
Dırnaq batıqları olduqca
ağrılıdır. Pasiyentin gündəlik həyatına, hətta iş həyatına da təsir edir.
İnkişaf edən bu ağrının yanındakı batıq dırnaqlarda asanca infeksiya inkişaf
edib daha ciddi problemlərə də yol aça bilər. Dırnağın ətə girməsi müalicə
olunmazsa getdikcə çox ciddi problemlər yaradır – insanın gəzə bilməsində,
hətta gündəlik həyatında çətinliklər yaradır.
Dırnaq batmasının
səbəbləri:
* Səhvən dərindən kəsilən ayaq dırnaqları – Bir çox insanlar ayaq
dırnaglarını kəsərkən dırnaqları dibdən və oval şəkildə kəsirlər, bundan sonra
da dırnaqların ön kənarları dəri altına doğru böyüyərək ətə batmasına səbəb
olur.
* Sivri burunlu və dar ayaqqabılar dırnaq barmaqlarının ən böyük
səbəblərindən biridir.Əsasən də ayaq pəncəsi geniş insanların belə ayaqqabılar
geyməsi dırnaq batmasına şərait yaradır.
* Ayaqlar çox tərləyən insanlarda da dırnaq batması riski çoxdur.
Çünki dırnaq kenarındakı dəri daha yumşaqdır və bu dırnağın dərinin altına daha
asan girməsinə səbəb olur.
* Tez-tez zərbələrə məruz qalan dırnaqlar - Ayaq barmaqlarında zərbə
alınması da dırnaq batmasına səbəb ola
bilər. Bu əsasən futbolçulardan, karateçilərdə və marafon qaçışı ilə məşğul
olan idmançılarda, bütün günü ayaqüstə işləyənlər rast gəlinə bilər.
Dırnaq batmasının
əlamətləri:
Dırnaq batması birdən-birə özünü biruzə vermir. Bu əlamətlər dırnaq
kənarında qızartı, həssaslıq, şişkinlik, gəzərkən çətinlik çəkmə, dırnaq
kənarında iltihablaşma, qanama və şiddətli ağrı şəklində özünü göstərir. Dırnaq
batması zamanı yaranan şiddətli ağrılar hətta gündəlik həyatınıza da təsir
edir.Əsasən də qadınlarda ayağın estetik görnüşünü pozur, istədikləri
ayaqqabıları geyinmələrində, uzunmüddətli gəzintidə olmalarına problem yaradır.
Pasiyentlər bu problemi çox ciddiyə almamaqla özləri müalicə etməyə,
yaxud da pedikürə müraciət edirlər. Bəzən də pasiyentlər cərraha müraciət
edirlər. Lakin cərrahiyyədə tətbiq olunan üsullar (dırnağın cərrahi yolla
çıxarılması ) bu problemi tam aradan qaldırmır. Belə ki, cərrahi yolla
çıxarılan dırnaq bir müddət sonra yenidən çıxdığında pasiyentlər dəfələrlə
cərraha müraciət etməli olurlar. Nəticədə isə problem yenidən yaranır,
pasiyentə qalan isə şiddətli ağrılar, ayağı yerə sıxa bilməmək, yeriyə bilməmək
olur. Çünki problemin əsas səbəbi aradan qaldırılmayıb.
Implant Estetik Tibb
Merkezi OLARAQ SIZE DIRNAGIN ETE BATMASI PROBLEMININ CERRAHIYYESIZ, AGRISIZ,
100% ZEMANETLE MUALICESINI TEKLIF EDIRIK. MUALICE PROSESI DIRNAGIN
VEZIYYETINDEN ASILI OLARAQ 3-7 DEFEYE APARILIR.
Dırnaq batması təkrarlana
bilərmi? Bu problemin təkrar olub-olmaması pasiyentə bağlıdır. Müalicədən
sonra:
1. Dırnaq düz kəsilməlidir.
2. Rahat ayaqqabılar geyinməli . Ucu sivri iti ayaqqabılardan uzaq
durulmalıdır.
3. Ayaq uzun müddətli travmalar və zərbələrdən qorunmalıdır.
Əks halda dırnaq batması təkrarlana bilər.
пятница, 25 января 2013 г.
Подписаться на:
Сообщения (Atom)